Çatdırılma siyasəti
Yenilənib: 10 noyabr 2026
Sifarişləri Bakı şəhəri daxilində kuryerlə ünvana çatdırırıq. Çatdırılma haqqı ünvanın Əziz Əliyev küçəsi 8B ünvanındakı mağazamızdan olan məsafəsinə görə hesablanır. Dəqiq məbləğ sifariş rəsmiləşdirilərkən, ünvanı xəritədə qeyd etdikdən sonra göstərilir.
Çatdırılma haqqı
Mağazadan olan məsafəyə görə çatdırılma haqqı:
- 3 km-ədək: 5 AZN;
- 3–7 km: 7 AZN;
- 7–10 km: 10 AZN;
- 10–15 km: 15 AZN;
- 15–20 km: 20 AZN.
Tariflər dəyişdikdə sifariş səhifəsində göstərilən məbləğ əsas götürülür. Mağazadan 20 km-dən uzaq ünvanlar və Bakıdan kənar bölgələr üçün çatdırılma imkanını WhatsApp vasitəsilə dəqiqləşdirin.
Çatdırılma müddəti
Çatdırılma vaxtını sifariş zamanı özünüz seçirsiniz. "Anında" seçimində sifariş iş saatlarında (hər gün 10:00–22:00) ən qısa zamanda çatdırılır, iş saatlarından sonra verilən sifarişlər isə növbəti gün saat 10:00-dan etibarən çatdırılır. "Tarix və saat seç" seçimində təqvimdən 30 gün ərzində istədiyiniz günü və 2 saatlıq çatdırılma aralığını seçə bilərsiniz. Bayram günlərində və kampaniya dövrlərində çatdırılma bir qədər gecikə bilər.
Sifarişin təhvil alınması
- Kuryer çatdırılmadan əvvəl alıcıya zəng edir: özünüzə sifariş verdikdə sizə, başqasına göndərdikdə isə qeyd etdiyiniz alıcıya. Telefonun əlçatan olduğundan əmin olun.
- Ünvanı, girişi, mərtəbəni və mənzil nömrəsini dəqiq yazın, xəritədəki nöqtənin düzgün olduğunu yoxlayın.
- Məhsulu təhvil alarkən qablaşdırmanın bütövlüyünü kuryerin yanında yoxlayın.
- Nağd ödənişdə məbləği kuryerə ödəyirsiniz. Mümkünsə, xırda pul hazırlayın.
- Ünvanda olmadığınız və ya sizinlə əlaqə saxlamaq mümkün olmadığı halda təkrar çatdırılma vaxtı ayrıca razılaşdırılır.
Suallarınız
Çatdırılma ilə bağlı suallarınız üçün müştəri xidmətinə +994 50 466 68 47 nömrəsi ilə zəng edin və ya WhatsApp-da yazın. Hər gün 10:00–22:00.